Solari məğlubiyyəti şərh etdi

Sayta qoyulub: 08:18 07.01.2019 (110 dəfə oxunub)

"Problem müdafiə xətti ilə bağlıdır. Oyuna elə də yaxşı başlaya bilmədik. Rəqibə istənilən hədiyyə bizə baha başa gəldi".


Bu sözləri "Real"ın baş məşqçisi Santyaqo Solari La Liqanın 18-ci turunda evdə "Real Sosyedad"a məğlub olduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib. Qarşılaşma ilə bağlı fikirlərini açıqlayan gənc mütəxəssis matçdakı mübahisəli epizodları da şərh edib:


"Hesabda geri düşdükdən sonra oyunun gedişini dəyişmək üçün hər şeyi etdik, amma əlimizə düşən fürsətləri dəyərləndirə bilmədik. Sonra isə meydanda heç kimin başa düşmədiyi bir an yaşandı. Vinisiusa qarşı açıq-aşkar qayda pozuntusu var idi. Futbolda diqqətsizlik komandalara baha başa gəlir. Vinisiusun epizodu aşkar penalti olsa da, Ramosun vəziyyəti bir qədər mübahisəlidir".


Solari 18 yaşlı hücumçu Vinisius Juniorun çıxışı haqda da danışıb: "Qırmızı vərəqədən sonra öz oyunumuzu oynamağa davam etdik. Sona qədər vuruşduq. Bu, bizim üçün ço vacibdir. Vinisiusa gəlincə, o,çox yaxşı oyun keçirdi. Cəmi 18 yaşı olsa da, özünə inanır. Buna görə şadıq və futbolçudan hələlik artığını tələb edə bilmərik".


Qeyd edək ki, "Real" doğma meydanda "Real Sosyedad"a 0:2 hesabı ilə uduzub.

 

Solari məğlubiyyəti şərh etdi

 

 

 

 

qol.az

XƏBƏR LENTİ