Aleksandr Səmədov Ramil Şeydayevin klubunda

Sayta qoyulub: 08:12 07.01.2019 (110 dəfə oxunub)

Moskva "Spartak"ı ilə yollarını ayıran Aleksandr Səmədov "Krılya Sovetov"a keçmək üzrədir.


Bu barədə klubun direktoru Aleksandr Şikunov məlumat verib. O, Azərbaycan əsilli oyunçu ilə razılığa gəldiklərini deyib:"Baş məşqçimiz Bojoviç Səmədovla danışıb. Onlar birlikdə çalışmağa qərar veriblər. Demək olar ki, bütün məsələlərdə razılığa gəlmişik. Yaxın günlərdə keçid rəsmən açıqlanacaq".


Qeyd edək ki, millimizin hücumçusu Ramil Şeydayev də "Krılya Sovetov"da oynayır.

 

Aleksandr Səmədov Ramil Şeydayevin klubunda

 

 

 

 

 

qol.az

XƏBƏR LENTİ