"Sumqayıt"dan növbəti transfer

Sayta qoyulub: 17:37 06.01.2019 (77 dəfə oxunub)

 

"Sumqayıt"dan növbəti transfer

 

Rəşad Əzizli və Adil Nağıyevin ardınca “Sumqayıt” FK dövrələrarası fasilədə növbəti transferini reallaşdırıb. Belə ki, son olaraq “Sabah” FK-nın şərəfini qoruyan qapıçı Aydın Bayramov komandamızla müqavilə imzalayıb. 1.5 illik sözləşməyə imza atan 1996-cı il təvəllüdlü futbolçu “Sumqayıt” FK-da 13 nömrəli formada çıxış edəcək. Qeyd edək ki, Aydın Bayramov futbolçu karyerası ərzində “Rəvan”, MOİK və “Sabah” klublarının uğurları üçün çalışıb. Aydın həmçinin 21 yaşadək futbolçulardan ibarət milli komandaya da cəlb olunub.

XƏBƏR LENTİ