"Qarabağ" Antalyaya getdi

Sayta qoyulub: 14:10 06.01.2019 (67 dəfə oxunub)

"Qarabağ" Antalyaya getdi

"Qarabağ" qış-təlim məşq toplanışı üçün Antalyaya yollanıb. Ağdam klubu bu gün səhər saatlarında Türkiyəyə yola düşüb. Qurban Qurbanovun kollektivi qardaş ölkədə 3 həftəlik hazırlıq keçəcək. Qeyd edək ki, "Qarabağ" Antalyada olduğu müddətdə 5 yoxlama oyununda qüvvəsini sınayacaq. Qurban Qurbanovun komandası yanvarın 12-də Rumıniyanın "Botoşani", 16-sı Özbəkistanın “Paxtakor”, 19-u Çexiyanın "Bohemians", 23-ü Polşanın "Piast" və 26-sı Ukraynanın "Şaxtyor" (Donetsk) klublarıyla qarşılaşacaq. Ağdamlılar bir gün sonra isə Bakıya dönərəcək.

XƏBƏR LENTİ