Yuventus yayda Albanı transfer etməyə cəhd göstərəcək

Sayta qoyulub: 14:01 06.01.2019 (213 dəfə oxunub)

Barselonanın müdafiəçisi Jordi Alba karyerasını İtaliyada davam etdirə bilər. Bu barədə məlumatı  Tuttosport nəşri verib. 


Məlumata görə Yuventus klubu 29 yaşlı futbolçunun keçidini yay transfer pəncərəsi zamanı həll etmək fikrindədir. Hal-hazırda Alba Barselona  ilə yeni müqavilənin razılığını ala bilməyib. Onun katalon klubu ilə sözləşməsi 2019/20 mövsümünün sonunda başa çatacaq. 


Alba 2012-ci ildən etibarən Barselonada çıxış edir. Bu mövsüm La liqada müdafiəçi 17 oyunda 1 qol vurub və 4 dəfə məhsuldar ötürmə edib. Çempionlar liqasında Albanın 5 oyunda 1 qol və 3 asisti var. Xatırladaq ki, hazırda Barselona La liqada 37 xalla turnir cədvəlinə başçılıq edir.

XƏBƏR LENTİ