Valverde: "Mənim əvvəlki kimi "Barselona" ilə müqaviləm var"

Sayta qoyulub: 13:49 06.01.2019 (105 dəfə oxunub)

"Barselona"nın baş məşqçisi Ernesto Valverde Kataloniya klubu ilə müqaviləsi barədə danışıb.


"Mənim "Barselona" ilə qüvvədə olan müqaviləm var. Bu, daha bir il uzatmaq imkanı ilə iki illik müqavilədir. Mövsümün sonunda qərar qəbul etməli olacağam. İndi hələ mövsümün heç ortası deyil, lakin biz klubla bir-birimizi tam anlayırıq. Məğlub olan kimi, KİV sizin istefa ehtimalınızdan yazmağa başlayır. Lakin mənim əvvəlki kimi "Barselona" ilə müqaviləm var.

 

Demirəm ki, qərar qəbul etməli olan şəxs məhz mənəm. Bizim müqaviləmiz var və ona hörmət edəcəyik. Mən əvvəldən klubla yaxşı yola getmişəm".

 

"Barselona" 17 turdan sonra İspaniya çempionatında liderlik edir, komanda Çempionlar Liqasında isə 1/8 finalda "Lion"la qarşılaşacaq.

 

 

 

 

 

report

XƏBƏR LENTİ