ABŞ millisinin üzvü "Bavariya"da

Sayta qoyulub: 09:46 06.01.2019 (107 dəfə oxunub)

"Bavariya" heyətini yeni futbolçu ilə gücləndirib.


"Goal.com"ın yaydığı xəbərə görə, Münhen klubu ABŞ millisinin üzvü Kris Riçardsı transfer edib. Almanlar 18 yaşlı müdafiəçi üçün klubu "Dallas"a bonuslarla birlikdə 2 milyon avro ödəyib. Bundan başqa, əgər "Bavariya" gələcəkdə gənc oyunçunu başqa kluba satsa, məbləğin 40 faizini ABŞ təmsilçisinə ödəyəcək.


Qeyd edək ki, Riçards buna qədər "Bavariya"da icarə əsasında çıxış edib.

 

ABŞ millisinin üzvü "Bavariya"da

 

 

 

 

qol.az

XƏBƏR LENTİ