Barselona Benjamen Pavarın transferindən vaz keçdi

Sayta qoyulub: 09:41 06.01.2019 (116 dəfə oxunub)

Ştutqart klubunun müdafiəçisi Benjamen Pavarın Barselonaya ehtimal edilən transferi baş tutmaya bilər. Bu barədə Kataloniyanın sport.es nəşri məlumat verib.

 

Qəzetin yazdığına görə tərəflər Fransa millisi ilə dünya çempionu olmuş futbolçunun transfer qiymətində ortaq məxrəcə gələ bilmir.


Yazılana görə Ştutqart Pavar üçün 35 milyon avro tələb edib.  Barselona isə bu qədər məbləği onun üçün ödəmk fikrində deyil. Beləliklə də , Barselonanın transferdən imtinasından sonra müdafiəçini transfer etməyə əsas favorti Almaniyanın Bavariya klubu olub.

XƏBƏR LENTİ