"Yuventus" "Arsenal"ın Remsi ilə Benatianı dəyişmək təklifini rədd edib

Sayta qoyulub: 09:26 06.01.2019 (103 dəfə oxunub)

İngiltərənin "Arsenal" klubu uelsli yarımmüdafiəçi Aaron Remsini İtaliya "Yuventus"unun mərakeşli müdafiəçisi Mehti Benatia ilə dəyişmək barədə razılıq əldə edə bilməyib.

Mənbənin məlumatına görə, Remsi ilə şəxsi müqavilənin şərtlərini razılaşdıran Turin klubu xavbeki "qış transfer pəncərəsi"ndə əldə etmək istəyib.

"Arsenal" xavbeki yanvarda yalnız Benatianın əvəzində buraxmağa hazır olub, lakin rədd cavabı alıb.

 

 

 

report

XƏBƏR LENTİ