Fabreqasın Monakoya transferi bu gün rəsmiləşməlidir

Sayta qoyulub: 09:23 06.01.2019 (91 dəfə oxunub)

Çelsinin yarımmüdafiəçisi Sesk Fabreqas Monakoya keçmək üzrədir.

 

Bu gün 31 yaşlı futbolçu və agenti Darren Din moneqaskların vitse-prezidenti Vadim Vasilyevlə söhbətdən sonra transferi rəsmiləşdirə bilərlər.

 

Fabreqas Monakonun baş məşqçisi Tyerri Anriyə Arsenal və Barselonadan yaxşı tanışdır.

 

Xatırladaq ki, razılaşmaya əsasən xavbek Monakoyla 2,5 illik müqavilə imzalayacaq. Bundan başqa o, imza bonusu kimi 10 milyon avro alacaq. Fabreqasın Çelsiylə müqaviləsi yayda bitməliydi.

XƏBƏR LENTİ