"Neftçi"nin futbolçusu Albaniya klubu ilə danışıqlar aparır

Sayta qoyulub: 20:48 05.01.2019 (140 dəfə oxunub)

"Neftçi"nin futbolçusu Albaniya klubu ilə danışıqlar aparır
 

"Neftçi"nin futbolçusu Kvame Karikari karyerasını Albaniyada davam etdirə bilər. "Partizani" klubu qanalı futbolçunu heyətinə qatmağı planlaşdırır. "Partizani"nin baş direktoru Olsi Rama uzun müddətdi izlədiyi Karikarinin transferini həll etməyə yaxın görünür. Klublar arasında danışıqlar müsbət nəticələnib. 26 yaşlı futbolçunun yaxın günlərdə "Partizani" ilə müqavilə imzalayacağı gözlənilir. Sabien Lilay və Ceyms Adeniyinin "Qəbələ"yə transferində mühüm rol oynamış menecer Frans Bode qanalı forvardın keçidinə də çalışır. Qeyd edək ki, Kvame Karikari "Neftçi"yə mövsümün əvvəlində Qətərin "Əl Ərəbi” klubundan keçib.

XƏBƏR LENTİ