Aleksandr Səmədov "Spartak"dan getdi

Sayta qoyulub: 20:40 05.01.2019 (70 dəfə oxunub)

Aleksandr Səmədov "Spartak"dan getdi

"Spartak" futbolçusu Aleksandr Səmədovla yolları ayırıb. Moskva təmsilçisinin saytının yaydığı xəbərə görə, Azərbaycan əsilli yarımmüdafiəçi ilə bu ilin yayında başa çatacaq müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib.

 

Qeyd edək ki, "Spartak"ın yetirməsi olan A.Səmədov əsas komanda ilə ilk oyuna 2002-ci ilin noyabrında çıxıb. 2005-ci  ildə "Spartak"dan ayrılan 34 yaşlı oyunçu 2017-ci ildə yenidən bu kluba qayıtmışdı. O, Moskva təmsilçisində 109 matçda 15 qol vurub.

XƏBƏR LENTİ