Vaqif Cavadov "Keşlə"dən getdi

Sayta qoyulub: 20:37 05.01.2019 (176 dəfə oxunub)

Vaqif Cavadov "Keşlə"dən getdi

"Keşlə" Vaqif Cavadovla yolları artıq rəsmən ayırıb. 29 yaşlı futbolçu paytaxt klubunda qalmaq istəsə də, baş məşqçi Tərlan Əhmədov ona planlarında olmadığını söyləyib.

Cavadov Türkiyə və Rusiyada klub axtarır. Millimizin sabiq üzvü Azərbaycanda heç bir klubun hədəfində olmadığı üçün ölkə xaricinə yollanmağa qərar verib.

Qeyd edək ki, Cavadov ötən mövsümün qış fasiləsində "Keşlə"yə 6 ay futbolsuz qaldıqdan sonra keçmişdi. Vaqif ölkə xaricində "Tvente", "Volqa", "Qaziantep BB" və "Boluspor" klublarında çıxış edib.

XƏBƏR LENTİ