Adı "Qarabağ"la hallanan futbolçu PAOK-da qaldı

Sayta qoyulub: 13:05 05.01.2019 (126 dəfə oxunub)

Adı "Qarabağ"la hallanan futbolçu PAOK-da qaldı

PAOK-un müdafiəçisi Yevgeni Xaçeridi Yunanıstan klubundan ayrılmayacaq. Ukrayna mətbuatının yaydığı xəbərə görə, adı "Qarabağ"la da hallanan 31 yaşlı futbolçu Saloniki təmsilçisində qalmağa qərar verib. Ukraynalı oyunçu artıq komandanın düşərgəsinə qoşulub və ölkə çempionatının oyunlarına hazırlaşır. Qeyd edək ki, bir neçə gün öncə Xaçeridinin "Qarabağ"dan təklif aldığı, ancaq Azərbaycanda oynamaq istəmədiyi üçün bundan imtina etdiyi iddia olunurdu.

XƏBƏR LENTİ