"Keşlə"nin futbolçusu Türkiyə klubuna keçə bilər

Sayta qoyulub: 12:38 05.01.2019 (90 dəfə oxunub)

"Keşlə"nin futbolçusu Türkiyə klubuna keçə bilər

"Keşlə"nin müdafiəçisi Sertan Taşkın karyerasını Türkiyədə davam etdirə bilər. "Yeniasir.com.tr" saytı verir ki, U-21 millimizin üzvü Sport toto I Liqada mübarizə aparan "Altay" klubunun transfer hədəfindədir. Məlumata görə, 21 yaşlı futbolçu "Altay"a məsləhət görülüb. Müdafiəni gücləndirmək istəyən klub "Keşlə" ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, Sertan "Keşlə"nin yetirməsidir. Onun paytaxt klubu ilə müqaviləsi 2020-ci ilin yayında bitəcək.

XƏBƏR LENTİ