"Trabzonspor" Şehiç üçün 700 min avro təklif edir

Sayta qoyulub: 12:36 05.01.2019 (189 dəfə oxunub)

"Trabzonspor" Şehiç üçün 700 min avro təklif edir

"Trabzonspor" "Ərzurumspor"un qapıçısı İbrahim Şehiçin transferi üçün təklif göndərib. Türkiyə mətbuatı xəbər verir ki, Trabzon təmsilçisi "Qarabağ"ın sabiq qolkiperinə görə 700 min avro təklif edib. Klublar arasında danışıqların davam etdiyi vurğulanıb. Qeyd edək ki, 2013-cü ildən 2018-ci ilin mayına kimi  Ağdam təmsilçisində çıxış edən Şehiç yayda "Ərzurumspor"a keçib. Onun hazırkı klubu ilə müqaviləsinin müddəti 2020-ci ilin yayında başa çatır.

XƏBƏR LENTİ