"Neftçi" "Qəbələ"nin futbolçusuna maraq göstərir

Sayta qoyulub: 12:35 05.01.2019 (185 dəfə oxunub)

"Neftçi" "Qəbələ"nin futbolçusuna maraq göstərir

"Qəbələ"nin liderlərindən biri olan Stiven-Jozef Monrozun adı yenidən "Neftçi" ilə hallanmağa başlayıb.

Hücum xəttini gücləndirmək istəyən paytaxt klubunun rənglərinə bağlamaq istədiyi futbolçulardan biri Monrozdur. "Ağ-qaralar" bunun üçün hərəkətə keçib. Fransalı hücumçunun "Qəbələ" ilə müqaviləsi davam etdiyi üçün "Neftçi" "qırmızı-qaralar"a təzminat ödəməli olacaq. Əgər tərəflər arasında anlaşma əldə edilsə, 28 yaşlı futbolçu "Neftçi"yə üz tutacaq.

"Neftçi"nin bir neçə alternativ variantı da var. Bakılılar "Şerif"dən Ziqi Badibanqa ilə afrikalı hücumçunu diqqətində saxlayıb.

Qeyd edək ki, Monroz 2017-ci ildən "Qəbələ"də çıxış edir. Onun müqaviləsi 2019-cu ilin yayında başa çatır.

XƏBƏR LENTİ