Beylin son durumu açıqlandı

Sayta qoyulub: 08:48 05.01.2019 (131 dəfə oxunub)

"Real"ın zədəli futbolçusu Qaret Beylin son durumu müəyyənləşib.


La Liqanın 17-ci turunda "Vilyarreal"la matçda (2:2) zədələnən uelsli hücumçunun 10-15 gün yaşıl meydanladan uzaq qalacağı məlum olub. Bu isə o deməkdir ki,  29 yaşlı oyunçu ölkə çempionatında  "Real Sosyedad"(6 yanvar) və "Betis"lə (13 yanvar) matçları dəqq buraxacaq.


Qeyd edək ki, Q.Beyl bu mövsüm La Liqada 15 matçda 4 qol vurub, 2 qolun ötürməsini verib.

 

Beylin son durumu açıqlandı

 

 

 

 

qol.az

XƏBƏR LENTİ