Dieqo Qodin İnterə keçir

Sayta qoyulub: 08:45 05.01.2019 (193 dəfə oxunub)

Atletikonun futbolçusu Dieqo Qodin yayda komandasını tərk edə bilər.  Sky Italia-nın verdiyi məlumata görə uruqvaylı özü üçün yeni klub tapıb. Mövsümün sonunda 32 yaşlı müdafiəçi azad agent statusu alacaq və İnterə keçəcək.

 

Məlumata görə Qodin Milan klubuyla 2 illik müqavilə imzalayacaq. Sözləşməni daha bir illiyinə uzatmaq mümkün olacaq.

 

Xatırladaq ki, Atletiko 30 yaşı keçmiş futbolçulara maksimum 1 illik yeni müqavilə təklif edir.

XƏBƏR LENTİ