Gerye açıqladı: "Qarabağ"dan getmirəm"

Sayta qoyulub: 18:46 04.01.2019 (146 dəfə oxunub)

Gerye açıqladı: "Qarabağ"dan getmirəm"

“Qarabağ”ın futbolçusu  Donald Gerye komandadan ayrılacağı iddialarına cavab verib. Bu barədə açıqlama verən 29 yaşlı yarımmüdafiəçisi Ağdam klubundan getməyəcəyini deyib: “Lester”ə keçəcəyim iddiaları haqda məlumatım yoxdur. “Qarabağ”dan ayrılmayacağam. Yanvarın 6-sı Antalyada başlayacaq təlim-məşq toplanışına qatılacağam”. Qeyd edək ki, Haiti mətbuatı Gerye ilə İngiltərənin "Lester" və “Brayton” klubları maraqlandığını yazıb.

XƏBƏR LENTİ