"Mançester Siti"nin stüardları komandanın futbolçusunu azarkeşlə səhv salıblar

Sayta qoyulub: 13:08 04.01.2019 (124 dəfə oxunub)

İngiltərənin “Mançester Siti” komandasının futbolçusu Benjamin Mendi qeyri-adi hadisə ilə üzləşib.

24 yaşlı müdafiəçi Premyer Liqanın XXI turunda evdə “Liverpul”u 2:1 hesabı ilə məğlub etdikləri matçın final fitindən sonra komanda yoldaşlarını təbrik etmək üçün meydana qaçıb. Lakin “şəhərlilər”in stüardları adı matçın iştirak ərizəsinə daxil edilməyən və mülki geyimdə olan futbolçunu azarkeş zənn edərək izləyiblər. Nəzarətçilər Mendiyə yaxınlaşandan sonra onun kim olduğunu başa düşüblər.

Qeyd edək ki, bu qələbədən sonra xalını 50-yə çatdıran “Mançester Siti” lider “Liverpul” ilə aradakı fərqi 4 xala endirib. Benjamin Mendi zədəli olduğu üçün ötən ilin noyabrından meydana çıxa bilmir.

 

 

 

 

 

 

 

 

 

 

“Report” 

XƏBƏR LENTİ