"Qalatasaray"ın Avropa Liqasındakı rəqibi baş məşqçisini istefaya göndərib

Sayta qoyulub: 13:08 04.01.2019 (79 dəfə oxunub)

Portuqaliyanın “Benfika” futbol komandasının baş məşqçisi Ruy Vitoriya istefaya göndərilib.

 48 yaşlı mütəxəssis cari mövsümdəki uğursuz nəticələrlə əlaqədar postundan uzaqlaşdırılıb.

Vitoriya 2015-ci ildən “Benfika”nın baş məşqçisi idi. Komanda onun rəhbərliyi altında 2015/2016 mövsümündə ölkə çempionu olsa da, cari çempionatda 15 turdan sonra 32 xalla 4-cü yerdədir.

Lissabon təmsilçisi Çempionlar Liqasında qrup mərhələsini 3-cü pillədə başa vuraraq Avropa Liqasının 1/16 finalına vəsiqə qazanıb. “Benfika”nın rəqibi isə Türkiyənin “Qalatasaray” komandasıdır.

 

 

 

 

 

 

 

report

XƏBƏR LENTİ