"Səbail"in futbolçusu aprelə qədər oynamayacaq

Sayta qoyulub: 12:31 04.01.2019 (57 dəfə oxunub)

"Səbail"in futbolçusu aprelə qədər oynamayacaq
 

Topaz Premyer Liqasında ikinci mövsümünü keçirən “Səbail” klubunun zədəli futbolçusu ukraynalı İqor Korotetskidən xəbər var. Ciddi zədə alan oyunçu hazırda bərpa prosesi keçir. Təcrübəli mərkəz müdafiəçisini qış təlim-məşq toplanışında komanda ilə birgə olmaq ehtimalı demək olar ki, yoxdur. Verilən məlumata görə, oyunçu ən yaxşı halda aprel ayında sıraya dönə biləcək. Qeyd edək ki, İqor Azərbaycanda “Səbail”dən öncə “Kəpəz”in formasını geyinib. 

XƏBƏR LENTİ