Fatih Terimdən transfer açıqlaması

Sayta qoyulub: 09:36 04.01.2019 (128 dəfə oxunub)

Fatih Terimdən transfer açıqlaması

 

"Qalatasaray"ın baş məşqçisi Fatih Terim qış transfer planlarından danışıb. İstanbul nəhənginin təcrübəli çalışdırıcısı hansı mövqeylərini gücləndirəcəklərini açıqlayıb:

"Mövsümün gedişində siyahımızı hazırlayırdıq. Siyahımızı klub idarəçilərinə təqdim etmişik. Hücum və müdafiəçi transferləriylə yanaşı, cinah və mərkəz hücumçusu da almaq fikrimiz var". 65 yaşlı mütəxəssis adı "Qalatasaray"la hallanan bir sıra futbolçularla maraqlanmadıqlarını bildirib: "Luis Felipe Ramos, Radamel Falkao, Joao Miranda, Əmrə Mor, Fyodor Smolov kimi adları mətbuatda görmüşəm. Bu iddiaları həqiqəti əks etdirmir".

XƏBƏR LENTİ