Ronaldu "Globe Soccer Awards" versiyası üzrə 2018-ci ilin ən yaxşı futbolçusu seçilib

Sayta qoyulub: 09:03 04.01.2019 (87 dəfə oxunub)

İtaliyanın"Yuventus" klubu və Portuqaliya milli komandasının hücumçusu Kriştianu RonalduAvropa Klubları Assosiasiyası (ECA) və Avropa Futbol Agentləri Assosiasiyası (EFAA) tərəfindən təsis edilən "Globe Soccer Awards"versiyası üzrə 2018-ci ilin ən yaxş futbolçusu seçilib.

Bu barədə mükafatın rəsmi saytı məlumat yayıb.

İlin ən yaxşı komandası Madrid "Atletiko"su, ən yaxşı məşqçisi Fransa yığmasının rəhbəriDidye Deşam hesab edilib. Ən yaxşı agent mükafatı Ronaldunun maraqlarını təmsil edənJorj Mendeşə verilib.

Oyunçu qismində görkəmli karyera mükafatlarına Braziliya yığmasının keçmiş hücumçusuRonaldo, həmçinin "Yuventus"un xavbeki Blez Matüidi layiq görülüb. Məşqçilər arasında analoji mükafatı Fabio Kapello alıb.

Ronaldu daha əvvəl dünyada "Instagram" izləyiciləri 150 milyona çatan ilk şəxs olub.

 

 

 

 

 

 

 

 

 

 

 

“Report” 

XƏBƏR LENTİ