Elvin Yunuszadə "Keşlə"yə keçə bilər

Sayta qoyulub: 14:59 03.01.2019 (118 dəfə oxunub)

Elvin Yunuszadə "Keşlə"yə keçə bilər
 

Azərbaycan milli komandasının sabiq üzvü Elvin Yunuszadə yenidən gündəmdədir. “Qarabağ”dan ayrıldıqdan sonra bir müddət kənarda qalan oyunçuya “Sabah” sahib çıxsa da, oyunçu deyəsən, bu klubda qalmaq istəmir. Deyilənə görə, Yunuszadə dünən Antalyanın Lara bölgəsinə təlim-məşq toplanışına yollanan “Sabah”ın heyətində yer almayıb. Baş məşqçi Elşad Əhmədovla münasibətləri soyuyan oyunçu iş yerini dəyişmək istəyir. Yunuszadənin “Keşlə”də oynamaq ehtimalı var. “Keşlə”nin baş məşqçisinin Tərlan Əhmədov olması bu transferin reallaşmasına təkan verir. Hadisələrin gedişi ilə bağlı sizi məlumatlandıracağıq. 

XƏBƏR LENTİ