Kriştiano Ronaldonun İtaliyada ilk böyük müsahibəsi

Sayta qoyulub: 14:30 10.12.2018 (264 dəfə oxunub)

Kriştiano Ronaldo 3 böyük İtaliya nəşrinə – Gazzetta dello Sport, Corriere dello Sport və Tuttosport geniş müsahibə verib. Portuqaliyalı futbolçu İtaliyaya keçdikdən sonra ilk dəfə olaraq suallara ətraflı cavablar verib.

 

 

«Qızıl top»

 

Fikrimcə hər il "Qızıl top"u qazanmalıyam.  Mən məhz buna görə çalışıram. Amma almadıqda dünyanın sonu çatmır. İşləyib futbolunu davam etdirməlisən.

 

Rəqəmlər yalan danışmır. Lakin qazanmamağıma görə xoşbəxt olduğumu da söyləyə bilmərəm. Dünyanın ən güclü klublarından birində oynayıram. Sizcə evə gəlib ağlamalıydım?

 

Modriçi təbrik edirəm. Obuna layiq idi.Lakin gələn il yenidən görüşəcəyik. Çalışacağam ki, yenə də zirvədə olum.

 

 

«Yuventus»

 

Deyə bilərəm ki, bu vaxta qədər oynadığım ən yaxşı kollektivdir. Biz komandayıq. Digər yerlərdə bəziləri özlərini daha yüksək sayırlar.Lakin burada hamı təvazəkardır.

 

Dibala və Manjukiç qol vurmasalar da yenə də gülürlər.Madriddə də belə idi. Lakin Yuventus bir ailədir.

 

Bir neçə təklifim var idi. Heç vaxt onlar haqda deməyəcəyəm.Dünyanın ən yaxşı komandasına keçdiyimdən 100% əmin deyildim. Çünki 9 il Realda oynamışdım. Lakin indi  100% əminəm ki, düzgün qərar qəbul etmişəm.

 

Yuve bir çox komandalardan futbolçulara münasibətdə fərqlənir. Belə xırda detallar da fərq yaradır.

 

 

Alleqri

 

 

O, çox peşəkar və ciddi baş məşqçidir. Ən yaxşı keyfiyyətlərindən biri isə dürüst olmasıdır. Ağıllı və həm də şəndir.

 

 

Messi

 

Bəlkə də yeganə çatışmazlıq Messinin olmamasıdır. Mən oynadığım bütün klublarda və millidə uğurlu olmuşam. O isə bunu yalnız İspaniyada bacarıb.Başqa sübutlar gətirməyə çalışmayacağam. Mən əyalətdən çıxıb fantastik karyera qura bilmişəm.

 

 

Kriştiano Ronaldonun İtaliyada ilk böyük müsahibəsi

 

Ola bilsin ki, Messini mənə daha çox ehtiyacı var, nəinki mənim ona.Əgər indiki yerindən razıdırsa bu qəbulediləndir.

 

Mən ona bir insan və həmkar kimi böyük hörmət edirəm. O çox yaxşı insandır.Lakin nə o , nə də başqaları üçün darıxmıram.

 

 

Marselo və Realın digər oyunçuları ilə bağlı şayiələr haqqında

 

Görürəm ki, hamı haqqında yazırsınız: Beyl, Xames, Asensio. Amma Yuventusa artıq futbolçu lazım deyilGələcəkdə ola bilər. Bu sualı artıq klub rəhbərliyinə verməlisiniz. Marselo? Çox güclü futbolçudur.

 

 

Kiçik Kriştiano

 

Atasının ulduz olduğunu anlayır. Yuventusda oynadığından artıq o da təzyiqin nə olduğunu bilir. Bəzən dostları ilə evə gəlnək üçün məndən icazə alır. Ardından isə mənim də evdə olmağımın vacibliyini bildirir. Çünki dostları mənimlə şəkil çəkdirmək istəyirlər.

 

 

Dahilik

 

Bu haqda düşünmürəm. Gərək pulu , karyeranı və hər şeyi unudasan. Yoxsa Kriştiano Ronaldoluqdan çıxarsan

 

 

Çempionlar liqası

 

Bir daha qeyd edirəm: ÇL-nı vacib kimi qəbul etməməlisən. Yoxsa uçuruma yuvarlanarsan. Hər şey öz yerini tapacaq.Reala gəldiyimdə də belə idi. Hər kəs desima haqda düşünürdü. Buna görə bir neçə il qazana bilmədik. Yuventus da belə olmalıdır. Hamımızn məqsədi ÇL-i qazanmaqdır.

 

 

Kriştiano Ronaldonun İtaliyada ilk böyük müsahibəsi

 

Realla qarşılaşma? Madrid artıq geridə qalıb. İndi yeganə məqsəd Yuventusdur.

 

 

Atamın ölümü

 

Həyatımın ən çətin anı idi. Bu 2005-i ildə baş verdi. Lakin inanıram ki, indi o göylərdən məni seyr edərkən qürur duyur.

 

 

İnam və ailə

 

Hər həftə kilsəyə gedirəm. Paparassi məni orada görəndə evlənəcəyimi düşündü. Lakin bu belə deyil. Mən kilsəyə Tanrıya şükr etmək üçün gedirəm

XƏBƏR LENTİ