UEFA yenə "Qarabağ"a pul ayırdı

Sayta qoyulub: 18:37 06.12.2018 (114 dəfə oxunub)

UEFA növbəti dəfə “Qarabağ” klubuna pul ayırıb. Klub Yarışlarının Keçirilməsi Komitəsi 2017/2018-ci il mövsümü üçün Ağdam təmsilçisinə Çempionlar Liqası iştirakçısı kimi ayrılan 981 min avro vəsait AFFA-nın vasitəçiliyi ilə “klubun hesabına köçürülüb. Qeyd edək ki, “Qarabağ” ötən mövsüm ölkəmizi Çempionlar Liqasının qrup mərhələsində təmsil edən ilk klub kimi Azərbaycan futbolunun tarixinə düşüb.

XƏBƏR LENTİ