Azərbaycan kuboku. 3 oyunda böyükhesablı qələbə

Sayta qoyulub: 13:25 06.12.2018 (123 dəfə oxunub)

Bu gün Azərbaycan kubokunda yeni mövsümə start verilib.

12 komandanın iştirak etdiyi turnir 1/8 final mərhələsindən başlayacaq.

Keçiriləcək dörd oyunun hər birində birinci divizion təmsilçiləri Premyer Liqa klubları ilə qarşılaşacaq. Bir oyundan ibarət olan  bu mərhələnin qalibləri 1/4 finalda "Qarabağ", "Qəbələ", "Neftçi" və "Zirə"yə rəqib olacaq. Adıçəkilən komandalar ötən mövsüm Topaz Premyer liqanı ilk 4-lükdə başa vurduğundan kubokda mübarizəyə birbaşa 1/4 finaldan başlayacaq.  

6 dekabr (cümə axşamı)

Azərbaycan kuboku

 

1/8 final

13:30. “Ağsu” – “Sabah” - 0:3 
Qollar: 
Bəxtiyar Soltanov, 6, Vitali Kvaşuk, 26, Emil Qasımov, 75
Hakimlər: Kamal Umudlu, Akif Əmirəli, Müslüm Əliyev, İnqilab Məmmədov
Ağsu şəhər stadionu

13:30. “Kəpəz” – “Səbail” - 0:4 
Qollar:  Tome Kitanovski, 11, Aqşin Qurbanlı, 41, Orxan Qurbanlı, 62, Ağabala Ramazanov, 79
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Elxan Əsgərzadə, Rəşad Əhmədov
Gəncə şəhər stadionu

13:30. “Qaradağ Lökbatan” – “Sumqayıt” - 0:4
Qollar: Nicat  Qurbanov, 14, Süleyman Əhmədov, 29, Ülvi İsgəndərov, 69, 84
Hakimlər: Alik Yunusov, Mübariz Haşımov, Pərvin Talıbov, Vüqar Həsənli
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu

17:00. “Şüvəlan” – “Keşlə”
Hakimlər
: Orxan Məmmədov, Namiq Hüseynov, Eyyub İbrahimov, Nicat İsmayıllı
“AZAL Arena”

 

Azərbaycan kuboku. 3 oyunda böyükhesablı qələbə

 

qol.az

XƏBƏR LENTİ