Real Azarla şəxsi müqaviləni razılaşdırdı

Sayta qoyulub: 12:29 06.12.2018 (214 dəfə oxunub)

Çelsinin yarımmüdafiəçisi Eden Azar Reala keçməyə yaxındır.

 

Madridin  Onda Madrid radiostansiyasının verdiyi məlumata görə 27 yaşlı futbolçu kral klubu ilə şəxsi müqavilənin razılığını əldə edib.

 

Transfer qarşıdakı yay baş tutmalıdır. Bunun üçüb Real Çelsi ilə kompensasiya məbləğində razılığa gəlməlidir. Futbolçunun London klubu ilə 2020-ci ilə qədər müqaviləsi var.

 

Çelsi Azar üçün 170 milyon avro tələb edir. Real isə bu keçid zamanı Kovaçiçdən istifadə etməyi planlaşdırır.

 

 

XƏBƏR LENTİ