Azərbaycan millisinin elit-raundda rəqibləri bəlli olub

Sayta qoyulub: 12:26 06.12.2018 (78 dəfə oxunub)

Azərbaycanın 19 yaşadək futbolçular ibarət milli komandasının Avropa çempionatının elit-raundundakı rəqibləri müəyyənləşib.

Püşkə əsasən, Vüqar Məmmədin rəhbərlik etdiyi kollektiv İrlandiya, Rusiya və Rumıniya ilə birgə 1-ci qrupda mübarizə aparacaq.

Qeyd edək ki, qrup qalibləri 14 - 27 iyulda Ermənistanda təşkil olunacaq final mərhələsinə vəsiqə qazanacaq.

 

 

 

 

 

 

“Report” 

XƏBƏR LENTİ