Azərbaycan çempionu Syerra-Leone millisində karyerasını başa vurub

Sayta qoyulub: 09:16 06.12.2018 (96 dəfə oxunub)

“Neftçi”nin sabiq futbolçusu Culius Vobay Syerra-Leone milli komandasında karyerasını başa vurub.

34 yaşlı yarımmüdafiəçi bu barədə “BBC Sport”a bildirib. O, FIFA-nın Syerra Leone Futbol Federasiyasının quruma üzvlüyünü dayandırmasından sonra belə qərar qəbul etdiyini söyləyib: “Karyeramı belə bir vaxtda, FIFA-nın sanksiyasına görə Afrika Millətlər Liqasının təsnifat mərhələsinə qatıla bilmədiyimiz məqamda bitirdiyim üçün üzgünəm. Yığma karyeramı yüksək notda – Afrika Millətlər Liqasında final oynamaqla başa vurmaq istərdim. Bu, çox böyük məyusluqdur. Milliyə 17 il xidmət etmişəm və fikrimçə, yetərincə faydalı olmuşam. İndi yerimi gənclərə verirəm və onlara məsləhətim budur ki, öz ölkələri üçün maksim güclərini ortaya qoysunlar. Yığma ilə bağlı çox yaxşı xatirələrim var. Təəssüf ki, Afrika Millətlər Kubokunda final oynaya bilmədim”.

Qeyd edək ki, Syerra-Leone millisində 2001-ci ildə debüt etmiş Culius Vobay bu müddətdə 40 oyunda meydana çıxıb və 2 qol vurub. Hazırda klubsuz olan yarımmüdafiəçi 2011-ci ildə “Xəzər Lənkəran”ın, 2012 - 2015-ci illərdə isə “Neftçi”nin formasını geyinib. O, 2017-ci ilin yayında Sloveniyanın “Olimpiya” komandasından ayrılandan bəri işsizdir.

Vobay 1 dəfə Azərbaycan çempionu, 3 dəfə isə Azərbaycan Kubokunun qalibi olub və 2012-2013 mövsümündə "Neftçi"nin heyətində Avropa Liqasının qrup mərhələsində mübarizə aparıb. 

 

 

 

 

 

 

 

“Report” 

XƏBƏR LENTİ