"Şaxtyor"- "Lion" oyununun yeri dəyişdirildi

Sayta qoyulub: 08:55 05.12.2018 (67 dəfə oxunub)

Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda keçiriləcək "Şaxtyor" (Donetsk) - "Lion" görüşünün məkanı dəyişdirilib.


Matç əvvəlcədən nəzərdə tutulduğu kimi Xarkovda yox, Kiyevdəki "Olimpiyski" stadionunda təşkil olunacaq. Ölkənin bəzi bölgələrində tətbiq edilən hərbi vəziyyətə görə bu qərar verilib.


Qeyd edək ki, "Şaxtyor"- "Lion" oyunu dekabrın 13-ü keçiriləcək.


Xatırladaq ki, bundan əvvəl eyni səbəbdən  "Vorskla" - "Arsenal" görüşünün yeri dəyişdirilmişdi.

 

 

 

 

 

"Şaxtyor"- "Lion" oyununun yeri dəyişdirildi

 

 

 

 

 

qol.az

XƏBƏR LENTİ