"Boka Xuniors"un stadionu bomba xəbərdarlığı ilə evakuasiya olunub

Sayta qoyulub: 08:51 05.12.2018 (66 dəfə oxunub)

Argentinanın "Boka Xuniors" klubuna məxsus "Bombonero" stadionu evakuasiya olunub.

Buna naməlum şəxsin zəng edərək, arenaya bomba qoyulması xəbərdarlığı səbəb olub. Hadisə "Boka Xuniors"un Libertadores Kubokunda "River Pleyt"lə keçirəcəyi finalın cavab oyunu üçün İspaniyanın paytaxtı Madridə səfərindən bir neçə saat əvvəl baş verib.

Qeyd edək ki, bu görüş noyabrın 24-də "River Pleyt"ə məxsus stadionda keçirilməli idi. Lakin oyun ərəfəsində yerli fanatlar "Boka Xuniors"un avtobusuna hücum ediblər. Nəticədə matçın dekabrın 9-da Madriddəki "Santyaqo Bernabeu" stadionunda təşkilinə qərar verilib

 

 

 

 

 

 

 

 

 

 

 

 

"Report"

XƏBƏR LENTİ