Atletikə 35 yaşlı məşqçi təyin edildi

Sayta qoyulub: 08:48 05.12.2018 (87 dəfə oxunub)

İspaniya La Liqasında çıxış edən “Atletik” futbol komandasının yeni baş məşqçisi müəyyənləşib.

Bu vəzifə Arits Solabarrietaya həvalə olunub. 35 yaşlı mütəxəssis uğursuz nəticələr səbəbi ilə istefaya göndərilmiş Qaiska Qaritanonu əvəzləyib.

“Atletik” La Liqada geridə qalan 14 turdan sonra 11 xal toplayıb və düşmə zonasında – 18-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, Arits Solabarrieta bunadək “Atletik”in gənclərdən ibarət komandasına rəhbərlik edib.

 

 

 

 

 

 

 

report

XƏBƏR LENTİ