AFFA 3 klubu cəzalandırdı

Sayta qoyulub: 19:13 04.12.2018 (60 dəfə oxunub)

AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında Topaz Premyer Liqa klublarının iştirakı ilə baş verən qayda pozuntularına baxılıb.
“Qəbələ” – “Zirə” matçında əyalət təmsilçisinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
Bundan başqa, 61-ci dəqiqədə “Zirə” klubunun yarımmüdafiəçisi Bilal Həmdi ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə ödəyəcək. “Qarabağ” – “Keşlə” matçında qonaqların 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

XƏBƏR LENTİ