"Neftçi"nin idman direktoruna 10 oyunluq cəza

Sayta qoyulub: 19:11 04.12.2018 (117 dəfə oxunub)

"Neftçi"nin idman direktoruna 10 oyunluq cəza

“Neftçi” klubunun idman direktoru Ceyhun Sultanov AFFA-nın İntizam Komitəsi tərəfindən 10 oyunluq cəzalandırılıb. AFFA-nın saytının yaydığı xəbərə görə, bu barədə qərar İK-nın bugünkü iclasında verilib. C.Sultanov Kütləvi İnformasiya Vasitələrində hakimlər haqqında təhqiredici ifadələr işlətdiyinə görə 10 oyun cəzalanıb, klub 16000 manat cərimə olunub. Matçın 33-cü dəqiqəsində “Neftçi”nin futbolçusu Tural Axundov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub. “Neftçi” azarkeşlərinin olduğu sektorda oturacaqlar sındırılıb. “Sabah”ın təqdim edəcəyi hesaba uyğun olaraq stadiona dəymiş ziyan qonaq klub  tərəfindən ödəniləcək.

XƏBƏR LENTİ