"Azərbaycan millisi Xorvatiya ilə oyunda müdafiədə oturmayacaq" - Ozobiç

Sayta qoyulub: 14:04 04.12.2018 (92 dəfə oxunub)

“Qarabağ”ın xorvatiyalı yarımmüdafiəçisi Filip Ozobiç ölkəsinin mətbuatına müsahibə verib. Təcrübəli futbolçu AÇ-2020-nin seçmə mərhələsində Xorvatiya ilə eyni qrupda yer alan milli komandamız haqda danışıb. 

- Azərbaycan millisi necə komandadır və onlardan nə gözləmək olar?

- Real danışsaq, Xorvatiya indiki məqamda qat-qat üstün komandadır. Yığma bunu öz oyunu və nəticələri ilə də sübut etdi. Amma əlbəttə ki, qrupdakı heç bir rəqiblə asan olmayacaq. Bütün oyunlar çətin keçəcək.

- Azərbaycan hansı oyun üslubuna üstünlük verir?

- Yeni baş məşqçinin rəhbərliyi altında onlar qətiyyən müdafiədə oturmayacaqlar. Azərbaycan millisi meydanda çox qaçmağı və topu özündə saxlamağı xoşlayır.

- Millinin çalışdırıcısı, hazırda “Qarabağ”da sizin də baş məşqçiniz olan Qurban Qurbanov necə mütəxəssisdir?

- O, “Qarabağ”da əla nəticələr qazanıb. İndi isə milli komandaya da başçılıq edir. O, öz oyun üslubunu yığmaya da aşılamağa çalışır. Amma bunun üçün müəyyən qədər vaxt lazımdır.

- Xorvatiya və Azərbaycan millilərinin oyunu barədə nə düşünürsünüz?

- Düşünürəm ki, Xorvatiya millisi yüksəlişdə olan komandaları xoşlayır. Nəinki öz qapısının yaxınlığında dayanıb, müdafiə olunan yığmaları. Məncə, maraqlı oyun olacaq.

 

 

"Azərbaycan millisi Xorvatiya ilə oyunda müdafiədə oturmayacaq" - Ozobiç

 

 

 

 

qol.az

XƏBƏR LENTİ