İtaliyada mövsümün futbolçusu və baş məşqçisi

Sayta qoyulub: 14:03 04.12.2018 (126 dəfə oxunub)

İtaliya A seriyasında 2017/18 mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib. 


İtaliya Futbol Assosiasiyasının keçirdiyi sorğuda “İnter”in kapitanı Mauro İkardi birinci olub.


34 oyunda 29 qol vuran argentinalı hücumçu həm də “Latsio”nun futbolçusu Çiro İmmobile ilə birlikdə mövsümün şərikli bombardiri olub.


A seriyasının ən yaxşı məşqçisi isə “Yuventus”un çalışdırıcısı Massimiliano Alleqri seçilib.


Qeyd edək ki, "Yuventus" 14 turdan sonra 40 xalla A Seriyasının lideridir.

 

 

 

 

İtaliyada mövsümün futbolçusu və baş məşqçisi

 

 

 

 

qol.az

XƏBƏR LENTİ