“Synergy Baku” kontinental velosiped komandası fəaliyyətini dayandırıb

Sayta qoyulub: 12:03 04.12.2018 (66 dəfə oxunub)

Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası “Synergy Baku” fəaliyyətini dayandırıb.

Bu barədə  Azərbaycan Velosiped İdmanı Federasiyasından (AVİF) məlumat verilib. Komandanın işinə maddi problemlərə görə son verdiyi bildirilir. 2013-cu ildə təsis edilən “Synergy Baku” iki dəfə “Tour d`Azerbaidjan”ın və bir sıra beynəlxalq yarışların qalibi olub. 

Qeyd edək ki, AVİF-in prezidenti keçmiş vergilər naziri Fazil Məmmədovdur.

 

 

 

 

 

 

“Report”

XƏBƏR LENTİ