"Qızıl top"un sahibi danışdı

Sayta qoyulub: 09:17 04.12.2018 (105 dəfə oxunub)

“Uşaq olanda böyük klublarda oynamağı arzulayırdım. Amma “Qızıl top”u qazanmaq  mənim üçün əlçatmaz görünürdü”.


Bu sözləri Xorvatiya millisinin və Madrid “Real”ının üzvü Luka Modriç “Qızıl top” mükafatını qazanması ilə bağlı təəssüratlarını bölüşərkən deyib.


O, “AS” nəşrinə açıqlamasında inanılmaz bir uğur əldə etdiyini bildirib: “Bu, inanılmazıdr. Təkcə ona görə yox ki, əvvəllər bu mükafatı Ronalo və Messi əldə edib. “Qızıl top”u qazanmağa bir çox istedadlı namizədlər var idi. Böyük futbolçuların sırasında olmaq mənim üçün şərəfdir". 


Modriç bu uğurun sirri barədə də danışıb: “Demək çətindir... Zəhmət, inad, çətin anlar. Can atdığın uğura nail olmaq həmişə o qədər də asan olmur. Ancaq gec-tez imkan yaranır və sən bundan istifadə etməlisən”.


Qeyd edək ki, Modriç 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatının gümüş mükafatçısı və Çempionlar Liqasının son qalibidir.

 

 

 

 

"Qızıl top"un sahibi danışdı

 

 

 

qol.az

XƏBƏR LENTİ