Millətlər Liqasında “Dördlər finalı”nın püşkü atıldı

Sayta qoyulub: 17:32 03.12.2018 (118 dəfə oxunub)

Millətlər Liqasında “Dördlər finalı”nın püşkü atıldı

Millətlər Liqasının qalibinin müəyyənləşəcəyi final mərhələsinin püşkü atılıb.  A Liqasının qaliblərinin qatıldığı "Dördlər fiinalı"nın yarımfinalında Portuqaliya - Hollandiya və İsveçrə - İngiltərə cütləri mübarizə aparacaq. 

Final mərhələsinin oyunları Portuqaliyada keçiriləcək. 2019-cu ilin iyunun 5-6-da yarımmfinal, iyunun 9-da isə final və 3-cü yer uğrunda görüşlər olacaq. 

Qeyd edək ki, Azərbaycan millisi Millətlər Liqasında yer aldığı D Liqasının 3-cü qrupunda 2-ci yeri tutub və pley-off mərhələsinə vəsiqəni təmin edə bilməyib.  

XƏBƏR LENTİ