Birinci divizion: "Qarabağ" "Neftçi"ni məğlub etdi

Sayta qoyulub: 17:31 03.12.2018 (65 dəfə oxunub)

Birinci divizion: "Qarabağ" "Neftçi"ni məğlub etdi

Bu gün Azərbaycan çempionatının I divizionunda X turdan təxirə salınan bir oyun keçirilib. Günün yeganə görüşündə “Neftçi” və “Qarabağ”ın ikinci komandaları üz-üzə gəlib. Qarşılaşmanın ikinci yarısında 3 qol vuran Ağdam təmsilçisi səfərdən qələbə ilə ayrılıb. Qonaqların qollarına 71-ci dəqiqədə Cavid Bayramov, 8 dəqiqə sonra penaltini dəqiq yerinə yetirən Zaur Fərzəliyev, final fitindən 6 dəqiqə əvvəl Musa Qurbanlı imza atıb. Qeyd edək ki, "Qarabağ" turnir cədvəlinin 7-ci, "Neftçi" isə 3-cü pilləsində qərarlaşıb.  

XƏBƏR LENTİ