"Qarabağ" "Keşlə"ni darmadağın etdi

Sayta qoyulub: 17:29 03.12.2018 (106 dəfə oxunub)

"Qarabağ" "Keşlə"ni darmadağın etdi

Bu gün Topaz Premyer Liqasında 13-cü tura yekun vurulacaq. Son oyun günündə 2 qarşılaşma keçiriləcək. Günün ilk matçında “Qəbələ” və “Zirə” komandaları üz-üzə gələcəklər. Dünən Qəbələdəki qatı duman səbəbindən təxirə salınan matç qaldığı yerdən - 58-ci dəqiqən etibarən davam etdiriləcək. Turun son oyunu isə paytaxtda olacaq. “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda “Keşlə”ni sınağa çəkəcək.

 

3 dekabr (bazar ertəsi)

Topaz Premyer Liqası, 13-cü  tur

 

13:00 “Qəbələ” – “Zirə” - 0:0
Hakimlər:
 Vüqar Həsənli, Namiq Hüseynov, Cəmil Quliyev, Rövşən Rəcəbov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Namiq Məstanov
Qəbələ şəhər stadionu

 

19:00 “Qarabağ” – “Keşlə” - 5:1

Qollar: Mahir Mədətov, 6, 53, 78, Filip Ozobiç, 50, Abdullah Zubir, 55 - Slavik Alxasov, 21
Hakimlər: Alik Yunusov, Mübariz Haşımov, Rahil Ramazanov, Ramiz Məhərrəmov
Hakim-inspektor: Fazil Mürşüdov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev 
Tofiq Bəhramov adına Respublika stadionu

XƏBƏR LENTİ