Macarıstan millisinin baş məşqçisi: ""Qrupda ən münasib rəqib Azərbaycandır"

Sayta qoyulub: 22:32 02.12.2018 (123 dəfə oxunub)

Macarıstan millisinin baş məşqçisi: ""Qrupda ən münasib rəqib Azərbaycandır"

"Qrupumuzda Xorvatiya yaxşı performans sərgiləyəcək. Digər rəqiblər 2-ci yer uğrunda oynayacaqlar. Xorvatlara qarşı xüsusi performans sərgilməliyik" .Bu sözləri Macarstan milli komandasının baş məşqçisi Marko Rossi deyib. AÇ-2020-nin seçmə mərhələsinin püşkatmasına münasibət bildirən mütəxəssis qrupdakı komandaları dəyərləndirib:

 

"Xorvatiya DÇ-2018-in gümüş mükafatçısıdı, onların gücünə şübhə ilə yanaşmaq olmaz. Onlar qrupun digər komandalarından daha səviyyəlidi. Uelsdə isə Rayan Giqqz amili var. Amma o futbolçu kimi deyil, baş məşçimi bizə qarşı mübarizə aparacaq. Buna görə də bəxtimiz gətirib. Fikrimcə, Uels, Slovakiya və Macarıstandan biri qrup ikincisi olacaq. Slovakiya ilə hər iki oyun derbi xarakteri daşıyacaq". 54 yaşlı mütəxəssis Azərbaycan milli komandası barədə bunları deyib:

 

"Azərbaycanı qiymətləndirməmək olmaz. Ancaq onlara qarşı 100 faiz hazırlaşsaq, digər rəqiblərə qarşı müqayisədə daha rahat oyun keçirəcəyik. Qrupda ən münasib rəqib məhz Azərbaycandı. AÇ-2020-nin ev sahibi olmağımız bizi həvəsləndirir. Mümkün olan hər şeyi etməyə çalışacağıq".

 

Qeyd edək ki, AÇ-2020-nin seçmə mərhələsinin E qrupunda Xorvatiya, Uels, Slovakiya, Macarıstan və Azərbaycan milliləri yer alıb.

XƏBƏR LENTİ