Qurban Qurbanov: "Hər bir komandaya qarşı yaxşı mübarizə aparmaq olar"

Sayta qoyulub: 18:19 02.12.2018 (115 dəfə oxunub)

Qurban Qurbanov: "Hər bir komandaya qarşı yaxşı mübarizə aparmaq olar"

Bu gün İrlandiyanın paytaxtı Dublində 2020-ci ildə təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçirilib. Millimiz Xorvatiya, Uels, Slovakiya və Macarıstan yığmalarıyla birgə E qrupuna düşüb. Azərbaycan yığma komandasının baş məşqçisi Qurban Qurbanov bununla bağlı affa.az-a fikirlərini bildirib:

"Maraqlı qrupa düşdük. Bütün komandalar tanışdır. Hər bir komandaya qarşı yaxşı mübarizə aparmaq olar. Mart ayınadək komandanı tam formalaşdırmalı və rəqibləri daha yaxından tanımağa başlamalıyıq. Elə komandalar var ki, futbolçular həmin rəqiblərə qarşı oyunlarda daha inamlı olurlar. Bu amil xüsusən xal aldığın komandalarla görüşlərdə daha çox özünü büruzə verir. Ancaq illər keçir, nəsil dəyişimi baş verir. Ona görə biz rəqiblərin gücünü bugünkü reallığa görə dəyərləndirməliyik". 

XƏBƏR LENTİ