AVRO-2020: Millimizin seçmə mərhələdəki rəqibləri bəlli oldu

Sayta qoyulub: 13:50 02.12.2018 (204 dəfə oxunub)

AVRO-2020: Millimizin seçmə mərhələdəki rəqibləri bəlli oldu

Bu gün AÇ-2020-nin seçmə mərhələsinin püşkü atılacaq. İrlandiyanın paytaxtı Dublində keçiriləcək mərasim Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Yığmamız 5-ci səbətdə qərarlaşıb. Püşkatmada UEFA-nın üzv olan 55 ölkənin yığma komandası 10 qrupa bölünəcək. Bu qruplardan beşində 5, beşində 6 komanda yer alacaq. Seçmə mərhələnin oyunlarından sonra hər qrupdan ilk iki yeri tutan komanda final mərhələsinə yüksələcək.

 

A qrupu: İngiltərə, Çexiya, Bolqarıstan, Monteneqro, Kosovo
B qrupu: Portuqaliya, Ukrayna, Serbiya, Litva, Lüksemburq
C qrupu: Hollandiya, Almaniya, Şimali İrlandiya, Estoniya, Belarus
D qrupu: İsveçrə, Danimarka, İrlandiya, Gürcüstan, Cəbəllütariq
E qrupu: Xorvatiya, Uels, Slovakiya, Macarıstan, Azərbaycan
F qrupu: İspaniya, İsveç, Norveç, Rumıniya, Farer adaları
G qrupu: Polşa, Avstriya, İsrail, Sloveniya, Makedoniya
H qrupu: Fransa, İslandiya, Türkiyə, Albaniya, Moldova
I qrupu: Belçika, Rusiya, Şotlandiya, Kipr, Qazaxıstan
J qrupu: İtaliya, Bosniya və Herseqovina, Finlandiya, Yunanıstan, Ermənistan

 

Seçmə mərhələnin oyunları 2019-cu ilin mart - noyabr aralığında keçiriləcək.

 

Qeyd edək ki, 2020-ci il iyunun 12-dən iyulun 12-dək davam edəcək final mərhələsinə Azərbaycan, İngiltərə, Macarıstan, Almaniya, Danimarka, İrlandiya, İspaniya, İtaliya, Hollandiya, Rusiya, Rumıniya və Şotlandiya ev sahibliyi edəcək. Bakı Olimpiya Stadionunda qrup mərhələsinin 3, 1/4 final mərhələsinin isə 1 oyunu keçiriləcək.

XƏBƏR LENTİ