ABŞ millisinin yeni baş məşqçisi məlum oldu

Sayta qoyulub: 11:39 02.12.2018 (115 dəfə oxunub)

Kolambus Kryu komandasının baş məşqçisi Qreqq Berxalter ABŞ millisini çalışdıracaq. Bu barədə məlumatı  New Your Times yayıb. 


Mütəxəssisin rəsmi təqdimat mərasiminin dekabrın 4-də Nyu Yorkda olacağı gözlənilir. 45 yaşlı məşqçi işinə gələn ilin yanvarından başlayacaq.Onunla müqavilə 4 illiyinə imzalanacaq. Mütəxəssisin qarşısına millini 2022-ci il dünya çempionatının final mərhələsinə çıxarmaq vəzifəsi qoyulacaq.


Xatırladaq ki, 1994-cü ildən 2006-cı ilə qədər Berxalter ABŞ millisinin şərəfini qoruyub.Milliylə birlikdə müdafiəçi 1999-cu ili Konfederasiyalar kubokunun qalibi olub.

XƏBƏR LENTİ