Madrid Realı qışda Remsini transfer edə bilər

Sayta qoyulub: 11:35 02.12.2018 (144 dəfə oxunub)

Madrid Realı Arsenalın futbolçusu Remsiyə maraq göstərir. Bu barədə Britaniyanın The Mirror qəzeti məlumat verib.


Mənbənin versiyasına görə Kral klubu yarımmüdafiəçini qış transfer pəncərəsi zamanı almağı planlaşdırır. Arsenal bunun həyata keçməsinə əngəl törətməyəcək, belə ki, futbolçu yayda başa çatacaq müqaviləsini artırmaqdan vaz keçib.


Bir müddət əvvəl verilən məlumata görə xavbeklə Yuventus , Bavariya, Çelsi, Mançester Yunayted və PSG də maraqlanır. Azad agentə çevrilməkdə olan futbolçunu heyətə qatmaq eə də asan deyil. Belə ki, Remsinin agenti çox yüksək məvacibə malik müqavilə tələb edir. Bundan başqa müqavilənin imzalanması üçün Remsi bonus da istəyit.


Bu mövsüm 27 yaşlı futbolçu Arsenalın heyətində İPL-də 13 oyunda meydana çıxıb. Bu oyunlarda onun aktivində 1 qol və 4 məhsuldar ötürmə var.

XƏBƏR LENTİ