Solari:"İskonun oyunundan razı qaldım"

Sayta qoyulub: 11:28 02.12.2018 (95 dəfə oxunub)

Madrid Realının baş məşqçisi Santyaqo Solari La liqada Valensiya ilə oyundan sonra fikirlərini bildirib.

 

«Nəyə görə ikinci hissədə geriyə oturduq? Bunun bir neçə səbəbi var. Valensiya risk etmək məcburiyyətində qaldığından daha yeknəsəq futbol nümayiş etdirməyə başladı. Rəqib hesabda öndə olanda belə hallara tez-tez rast gəlmək mümkündür.

 

İskonu meydana buraxarkən (yarımmüdafiəçi 80-ci dəqiqədə meydana çıxıb) topa nəzarətə diqqət yetirməsini tələb etdim. Oyunundan razıyam, digər oyunçulardan da», – deyə Solari qeyd edib.

XƏBƏR LENTİ